
Mayın 27-də İran paytaxtında bu ölkənin Mədəniyyətlər və Dinlər Dialoqu İnstitunun təşəbbüsü ilə “Beytül-müqəddəslə bağlı müsəlmanlarla protestantların ümumi vəzifələri” adlı forum keçirilib. Bu, İslam və protestantlıq dialoqu silsiləsindən olan ilk iclas idi. Dialoqun əsas məqsədi hər iki din təmsilçilərinin qlobal siyasətlə bağlı ortaq mövqelərini üzə çıxartmaqdır.