17 İyun, 2022
Azərbaycan şirkətlərinin Beynəlxalq İslam Qida Emalı Assosiasiyasına cəlbi müzakirə olunub

Ölkəmizdə səfərdə olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baydaulet Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndələri ilə görüşüb.

Ahlibeyt.az Dövlət Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Agentlik və IOFS arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan şirkətlərinin və assosiasiyalarının Beynəlxalq İslam Qida Emalı Assosiasiyasına (IFPA) cəlb olunması, investisiya layihələri barədə məlumatların xarici investorlara çatdırılması, ixracatçıların əlaqələndirilməsi, qurumun maliyyə alətlərindən istifadə kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11423.html