23 May, 2012
Qətər Livanı 30 min şiənin deportasiyası ilə hədələdi

Rəsmi Doxanın yaydığı məlumata əsasən, bu ölkənin Ətiyyə Qətəri adlı vətəndaşı Livanda həbs edilib. Həbsə səbəb onun “Əl-Qaidə”nin İraq qolu ilə əməkdaşılığı olub. Habelə bildirilir ki, Trablus (Livan) şəhərində təxribat törədən Şadi Mövləvi adlı şəxs Şeyx Ətiyyədən maliyyə yardımı aldığını etiraf edib. Qətər tərəfi bildirib ki, həmin şəxs azad edilməyəcəyi təqdirdə ölkədə yaşayan 30 min livanlı şiəni deportasiya edəcək.

“Shia-online”nın məlumatına əsasən Şeyx Ətiyyə Qətəri “Əl-Qaidə”nin İraq qolunun rəhbəri Zərqavinin yaxı silahdaşlarından biridir. Şadi Mövləvi isə Səudiyyə Ərəbistanının maliysi ilə yaradılan və Livanda ictimai asayişi pozmaq məqsədi güdən “Fəthəl-İslam” qruplaşmasının üzvüdür.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1140.html