
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov İraqın Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasım əl-Araci ilə görüşüb.
Ahlibeyt.az-ın AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Tərəflər təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıblar.
Qasım əl-Araci İraq hökuməti adından terror qruplaşmalarına qoşulan ailələrin uşaqlarını repatriasiya etdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.