18 Oktyabr, 2021
Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötür

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 30 il ötür

Ahlibeyt.az-ın məlumatına görə, Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, oktyabrın 18-i "Müstəqilliyin Bərpası Günü" elan edilib.

1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi başlayıb.

Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

1991-ci il dekabrın 29-da keçirilmiş referendumda səsverməyə dövlət müstəqilliyi haqqında konstitusiya aktı çıxarılmış və yekdilliklə qəbul edilib.

Beləliklə, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiqlənib.

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “Müstəqillik Günü haqqında” qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.

Buna qədər Azərbaycanda 28 May - Respublika Günü, 18 Oktyabr isə Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11375.html