23 May, 2012
Avropa indi də sünnətlə əlləşir

“İslamnews.ru” xəbər verir ki, Hollandiyada hüquqşünaslar yeni qadağa üzərində çalışırlar. Beləki, onların fikrincə, körpə oğlan uşaqlarına sünnət edilməsi onların hüquqlarının pozulmasıdır. Üstəlik, bütün faydalarına rəğmən 5% sünnət hallarında səhhət üçün problem yaranır.

Xatırladaq ki, ötən əsrin 60-cı illərində ABŞ-da doğulan 90% oğlan uşqaları üzərində bu əməliyyat keçirilmişdi. Hazırda da gigiyenik səbəblərdən amerikalı həkimlər sünnəti tövsiyə edirlər. Onların rəyinə əsasən, 60 faiz hallarda bu əməliyyat QİÇS-in qarşısını alır. Elə bu minvalla Zimbabvedə deputatlar ketləvi şəkildə özlərini sünnət etdirmişdilər ki, əhali onlardan nümunə götürsün. Eyni tövsiyə CAR hökuməti tərəfindən əhaliyə verilib.

Xatırladaq ki, İslamda da sünnət tövsiyə xarakterlidir, dini zərurətlərdən sayılmır. Yəhudilərdə isə bu, bir ayin olaraq dini vaciblərdəndir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1137.html