27 Sentyabr, 2021
Anım Günü ilə bağlı şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub - Video

Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ahlibeyt.az xəbər verir ki, saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğurnda canından keçən şəhidlərin xatirəsi yad edilib. Sürücülər avtomobillərinin hərəkətini dayandırıb.

Hərbi Qənimətlər Parkı ilə üzbəüz ərazidəki Bakı buxtasında Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin artilleriya qurğularından üç dəfə yaylım atəşi açılıb.

Qeyd edək ki, bu ildən başlayaraq 27 sentyabr tarixi hər il Anım günü kimi qeyd ediləcək.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11356.html