27 Sentyabr, 2021
Müdafiə Naziri Zakir Həsənov II Fəxri xiyabanı ziyarət edib - VİDEO

Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabana gəlib.

Ahlibeyt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edir.

Zakir Həsənov şəhidlərin valideynləri və yaxınları, həmçinin qazilərlə görüşüb, onların problemlərini dinləyib. Müraciətlər nazirin göstərişi ilə MN əməkdaşları tərəfindən qeydə alınıb.

 
 
 
 
 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11355.html