20 Sentyabr, 2021
Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka səfərə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Ahlibeyt.az-ın xəbərinə görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatında bildirilir ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd ədək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının (UNGA) 76-cı sessiyası 14 sentyabr-da Nyu Yorkdakı BMT Baş Qərargahında açılacaq və COVID-19 pandemiyası ilə əlaqədar olaraq hibrid (virtual və vizual) formatda məhdud sayda nümayəndələrin iştirakı ilə keçiriləcək.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11340.html