
Pakistan, İran, Çin və Rusiya xarici işlər nazirləri Tacikistanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Əfqanıstanla bağlı birgə bəyanat veriblər.
Ahlibeyt.az-ın məlumatına görə, SalamNews İRNA-a istinadla xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Tacikistanda keçirilən toplantısı çərçivəsində İran, Pakistan, Çin və Rusiya XİN rəhbərlərinin dördtərəfli iclası keçirilib.
Dörd ölkə bu iclasda Əfqanıstanla bağlı bəzi çağırışlar ediblər.
Bu bəyanatda Əfqanıstanda bütün qüvvələri əhatə edən hökumətin təşkilinin vacib addım olduğu bildirilib.
Əfqanıstanın ərazilərindən digər ölkələrə qarşı təhdidin olmaması, terrora və narkotik maddələrin dövriyyəsinə qarşı mübarizənin vacibliyi bu bəyanatda vurğulanan əsas məqamlar olub.