16 Sentyabr, 2021
“Zəfər tarixi” dərsliyinin hazırlanması işi son mərhələdədir

“Hazırda “Zəfər tarixi” ilə bağlı dərsliyin hazırlanması işi son mərhələdədir.

“Qafqazinfo” xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı bildirib.

Yeni dərslikdə şagirdlər Azərbaycan tarixi barədə ətraflı və dəqiq məlumatlara sahib ola biləcəklər.

F. Qurbanov qeyd edib ki, Təhsil Nazirliyi daim dərsliklərin təkmilləşdirilməsi istiqamətində çalışır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11331.html