
“Cənubi Qafqazda və Moldovada həlli uzadılmış münaqişələrin qalması Alyans üçün ciddi narahatlıq predmeti olaraq qalır”. APA-nın məlumatına görə, bu fikirlər NATO-nun Çikaqo sammitinin yekun bəyannaməsində öz əksini tapıb.
Bəyannamədə bildirilir ki, region ölkələri bu münaqişələrin həllində konstruktivlik və siyasi iradə nümayiş etdirməli və mövcud danışıqlar formatına hörmətlə yanaşmalıdır. Sammit iştirakçıları həmçinin münaqişə tərəflərini regional təhlükəsizlik və stabilliyi poza biləcək addımlardan çəkinməyə çağırıblar. Bəyanatda münaqişənin sülh yolu ilə həllinin zəruriliyi vurğulanıb.
NATO Ermənistan, Azərbaycan, Gürcüstan və Moldovanın ərazi bütövlüyü, müstəqillik və suverenliyini dəstəkləməkdə davam etditiyini bəyan edib.