6 Sentyabr, 2021
Azərbaycan heyətinin iştirak etdiyi “Beynəlxalq Ordu Oyunları - 2021” yarışlarının bağlanış mərasimi keçirilib - VİDEO

Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Beynəlxalq Ordu Oyunları - 2021" yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Ahlibeyt.az-ın Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadən xəbərinə görə, Mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev və yarışlarda təmsil olunan digər dövlətlərin nümayəndələri iştirak ediblər.

Bağlanış mərasimində Rusiyanın tanınmış ifaçılarının, o cümlədən "Mədəniyyət Ordusu" müsabiqəsində iştirak edən komandaların birgə konsert proqramı baş tutub.

Tədbir atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, Azərbaycan hərbçiləri "Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində Rusiyada "Tank biatlonu" və "Mədəniyyət Ordusu", İran İslam Respublikasında "Dəniz kuboku", Qazaxıstanda "Artilleriya atəşinin ustaları" müsabiqələrində uğurla iştirak edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11317.html