2 Sentyabr, 2021
“Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır

“Vətənpərvərlik tərbiyəsi haqqında” yeni qanun layihəsi hazırlanır”.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə APA-ya açıqlamasında komitə parlamentin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

Komitə sədri bildirib ki, bu qanun layihəsi üzərində artıq iş gedir: “Bu, çox önəmli məsələdir. Yeni reallıqları nəzərə alaraq, bu sahədəki fəaliyyətin qanunvericilik bazasını gücləndirmək üçün bu qanun layihəsinin hazırlanması zərurəti də meydana çıxıb”.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin hazırlanması üçün İşçi Qrupun yaradılması da təklif edilir: “Proses artıq başlayıb. Əlaqədar qurumlarla da işlər aparılır”.

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11312.html