
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzurda inşa olunan avtomobil yollarının xəritəsini dərc edib.
Ahlibeyt.az-ın AAYDA-ya istinadən verdiyi məlumata görə, xəritə ümumi uzunluğu 665,4 km olan və hazırda tikilən 10 əsas avtomobil yolunu əhatə edir. Xəritədə həmçinin tikintisi nəzərdə tutulan lakin uzunluğu qeyd olunmayan avtomobil yolları da daxildir.