20 Avqust, 2021
“Taliban” Əfqanıstanın konstitusiyasını dəyişdirəcək

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması ölkədə yeni konstitusiyanın qəbul ediləcəyini açıqlayıb.

Ahlibeyt.az-ın məlumatına görə, "Report" “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qruplaşmanın siyasi bürosunun nümayəndəsi bildirib.

“Əfqanıstanın yeni konstitusiyası qəbul ediləcək. Bu, qaçılmazdır”, - o söyləyib.

Nümayəndənin sözlərinə görə, ölkə hələ rəsmi şəkildə “İslam Əmirliyi” adlandırılmayıb, amma belə bir arzu var.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11290.html