
“Sentyabrın 15-də məktəblərdə ənənəvi qaydada dərslərə başlanması nəzərdə tutulur”.
Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildirib ki, sentyabrın əvvəlində epidemioloji vəziyyətdən asılı olaraq bu məsələyə baxıla bilər: “Bu gün uşağı məktəbə gedən valideynlərdən COVİD pasportu istənilmir. Belə bir tələb qoyulmayıb. Amma təhsil işçiləri ilə bağlı belə bir tələb var”.