19 Avqust, 2021
Çavuşoğlu Türkiyənin “Taliban”la bağlı mövqeyini açıqladı

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ölkəsinin “Taliban” hakimiyyətinin qurulmasına münasibətini açıqlayıb.

Ahlibeyt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “NTV” yayıb. Məlumata əsasən, Mevlüt Çavuşoğlu jurnalistlərin Əfqanıstanda yeni hökumət yaradılması və bu yaradılan hökumətə münasibət barədə suallarına cavab verib.

“Öncə hökumətin necə qurulacağını görməliyik. "İnklüziv bir hökumət quracayıq" deyirlər. Həqiqətən də inklüziv hökumətin qurulub-qurulmamasını görməliyik. Beynəlxalq ictimaiyyət ilə birgə hərəkət edəcəyik. Verəcəyimiz mesajlar və atacağımız addımlar da koordinasiya ediləcək. Hazırda öncədən qərar vermək düzgün olmaz”, - deyə Çavuşoğlu vurğulayıb.

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11284.html