
Aşura günü ilə bağlı Kərbəlada İmam Hüseynin məqbərəsində, Nəcəfdə İmam Əlinin hərəmində və digər İmamların(ə) məqbərələrində izdihamlı mərasimlər keçirilib.
Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, bu gün Kərbəlada İmam Hüseynin hərəmində izdihamlı Aşura mərasiminə start verilib.
Nəcəf, Samirra və Kazimeyn şəhərləri, eləcə də Məşhəddə İmam Rzanın hərəmi də müxtəlif mərasimlərin şahidi olub.
Kərbəla əyalətinin qubernatorluğu şəhərdə Aşura günü mərasimlərinin təhlükəsizliyi üçün minlərlə təhlükəsizlik işçisinin cəlb edildiyini bildirib.
Kərbəla, Nəcəf və Məşhəd hərəmlərindən Aşura görüntülərini təqdim edirik: