18 May, 2012
Əymən Zəvahiri səudiyyəliləri inqilaba çağırdı

“Əl-Qaidə” terror şəbəkəsinin lideri sayılan Əymən Zəvahiri son video messajında Səudiyyə Ərəbistanı sakinlərini inqilaba dəvət edib. “Shia-online” xəbər verir ki, Zəvahiri ərəbləri Ali Səuda qarşı üsyan etməyə çağırıb. “Vəhy torrpağı əhlinə mesaj” adlı video yazıda Zəvahiri bildirib ki, səudiyyəlilər digər ərəblərdən nümunə götürüb rejimi devirməlidirlər. Səudiyyə krallığını dünyanın ən fəsədli rejimi adlandıran “Əl-Qaidə” lideri kral Abdullah ibni Əbdüləzizin Roma papası və Amerika prezidentləri tərəfindən idarə edildiyini bildirib.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1128.html