18 May, 2012
Vəhabilər Həzrət Rüqəyyənin (s) hərəmini partlatmaq istəyir

Suriya paytaxtı Dəməşqdə yaşayan və üsyançıların sıralarına qoşulan vəhabilər Həzrət Ruqəyyənin (s) bu şəhərdə yerləşən hərəmini partlatmaq niyyətindədir. “Shia-online” xəbər verir ki, bu barədə hərəmin inzibati ofisinə daxil olan faksda belə təhdidlər yer alıb. Qətər və Səudiyyə Ərəbistanı tərəfindən maliyyəşən vəhhabi dəstələri öz planlarını yaxın gələcəkdə həyata keçirəcəklərini vəd ediblər. “Münzəmətə lil-Ənəf əl-İslamiyyə” hüquq müdafiəsi təşkilatı bu faktı təsdiqləyib.

Hərəmin inzibati ofisüinin əməkdaşları faksı Suriya xüsusi xidmət orqanlarına təhvil veriblər. Hazırda faksın mənbəyi axtarılır, əlavə təhlükəsizlik tədbirləri görülür.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1127.html