
ABŞ-dakı Twitter, Facebook və Youtube kimi sosial media şirkətləri COVID-19 pandemiyası ilə əlaqədar vacib qərar qəbul ediblər.
Ahlibeyt.az-ın məlumatına görə, "APA TV" xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, bu şirkətlər pandemiya ilə əlaqədar yalan məlumatlar yayan hesabları bağlayacaq.
Facebook, COVID-19 peyvəndləri haqqında yanlış məlumat yayan bir çox hesabı bağladığını, Twitter və YouTube isə bəzi respublikaçı siyasətçilər də daxil olmaqla bir çox hesabları dayandırıb.
Facebook, Pfizer və AstraZeneca tərəfindən hazırlanan COVID-19 peyvəndlərini ləkələmək üçün sosial media ulduzlarına pul ödəyən və Rusiyada yerləşən reklam agentliyi ilə əlaqəli yüzlərlə hesabı bağladığını da açıqlayıb.