
Küveyt əmiri Səbah Əhməd əl-Səbah mayın 17-də parlamentin təsdiqlədiyi qanun layihəsinə veto qoydu. Həmin qanun layihəsinə əsasən, şəriət ölkədə yeganə qanunvericilik mənbəyi elan edilməli idi. Konstitusiyaya da müvafiq dəyişiklik edilməsi təklif olunurdu. Məlumatı BƏƏ-də nəşr edilən “Xəlic” qəzeti yayıb.