11 Avqust, 2021
Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına Türkiyədən etiraz

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Cenevrədə PKK/YPG terror təşkilatının nümayəndəliyinin açılmasına etiraz edib.

Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla verdiyi məlumata əsasən, PKK/YPG–nin "Şimali və Şərqi Suriyanın Muxtar İdarəetmə Nümayəndəliyi"ni açması ilə əlaqədar nazirlik İsveçrənin Ankaradakı səfirliyininin müvəqqəti işlər vəkilini çağırılaraq, izahat istəyib.

Aşıqlamada vurğulanıb ki, terrorla mübarizədə terror təşkilatları arasında heç bir fərq qoyulmamalıdır: “Özləri terror təşkilatlarına hədəf olmayana qədər terroçulara qucaq açanlara bir gün bu bəlanın onlara da problem yaradacağını xatırladırıq. Ölkəmiz Avropa İttifaqı tərəfindən də terror təşkilatı olaraq tanınan PKK-ya və onunla əlaqəli qruplara qarşı hər yerdə və hər zaman mübarizəsini qətiyyətlə davam etdirəcək”, - deyə qeyd olunub.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11243.html