18 May, 2012
ABŞ İsrailə ayırdığı hərbi yardımı 10 dəfə artıracaq

Gələn il ABŞ İsrailə ayırdığı hərbi yardımı 10 dəfə artıra bilər. Əgər bu il qeyd olunan məqsədə 99,8 milyon dollar ayırmaq nəzərdə tutlurdusa, artıq bu rəqəmin 849 milyon dollara çatdırılması planlaşdırılır. Məlumatı “lenta.ru” yayıb. Belə bir təkliflə ABŞ Konqresinin Nümayəndələr palatası çıxış edib. Əgər barak Obama razılıq verəcəksə, qanun layihəsi qüvvəyə minəcək.

Layihəyə əsasən, ABŞ-İsrail müştərək “Ox” RƏM sistemi üçün 34 milyon, İsrail RƏM sisteminin inkişafı üçün 111 milyon dollar, və “Dəmir qübbə” RƏM sistemləri üçün 680 milyon dollar ayırılmalıdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1124.html