
BMT-nin Təhlükəsizlik Şurası Əfqanıstanda gedən qarşıdurmalarla bağlı sabah təcili toplantı keçirir.
Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə SalamNews BBC-ə istinadla məlumat verir.
Bildirilib ki, Əfqanıstan Hökuməti BMT-nin bu toplantısından ölkədə Talibanın hücumları ilə bağlı ciddi qərarların veriləcəyinə ümidvardır.
Qeyd edək ki, Taliban son 4 ayda, yəni əcnəbi qüvvələrin ölkədən çıxması fonunda yüzdən çox rayonu nəzarətə götürüb. Hərəkat hətta Əfqanıstanın qonşu ölkələrlə sərhədlərinin 80-90 faizini də nəzarətə götürə bilib. Hazırda ölkədə Leşkərgah və Hərat kimi şəhərlər də hərəkat silahlılarının şiddətli hücumlarına müqavimət göstərir.