21 İyul, 2021
“Təzəpir” məscidində bayram namazı qılınıb - FOTO

Bu gün Bakının “Təzəpir” məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Ahlibeyt.az-ın APA-ya istinadən xəbərinə görə, “Təzəpir” məscidində bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınıb.

Bayram namazında İranın Ali Rəhbəri Seyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əliəkbər Ocaqnejad və İran səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, iyulun 20-si və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində bayram namazında çıxışı zamanı sədri işğal olunmuş torpaqların azad olunmasında göstərdiyi sərkərdəliyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkür edib.

“Şuşaya gedəndə yolda fikirləşirdim ki, biz nələri itirmişik. Bütün Ağdam torpağı yerlə-yeksan edilib. Məscidlərin, minarələrin içinə elə sözlər yazıblar ki... Biz bu gün o ərazilərə gedə bilirik. Bu gün bizim borcumuz ondan ibarətdir ki, Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyək. Qazilərimizə də şəfa diləyirik”, - deyə A. Paşazadə vurğulayıb.

 
 
 

 

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11210.html