
ABŞ-ın İndiana ştatında 20 il əvvəl radikal islamofob tərəfindən dağıdılmış bir məscid bərpa ediləcək.
Ahlibeyt.az-ın İslamNews-a istinadən xəbərinə görə, bərpa olunacaq məscid "Ənənəvi Sünnə İbadət Evi" adlanacaq.
ABŞ-da 2001-ci il 11 sentyabr hücumlarından bir müddət sonra 28 yaşlı Con Kirkvud, 120 km / s-dən çox sürətlə hərəkət etdiyi ititutumlu yük avtomobili ilə məqsədli şəkilkdə Evansville məscidinə çırpılmış və toqquşmadan sonra bunu bir neçə dəfə təkrarlamağa cəhd etmişdir. Nəticədə məscid ciddi dağıntıya məruz qalmışdır. Bildirilir ki, yerli sakinin bu hərəkəti ksenofobik motivlərə əsaslanıb.
Məhkəmə C.Kirkvudu 4 il həbs cəzasına məhkum edib, lakin Evansville müsəlmanları bu 20 il ərzində məscidlərini itirdilər.
Qeyd olunur ki, şəhər sakini Fərəci Qart məscidin bərpasını öz üzərinə götürməyə qərar verib.
Layihə həyata keçirilmənin ilk mərhələsindədir.