7 İyul, 2021
Özbəkistan tam olaraq latın əlifbasına keçir

Özbəkistanın Baş naziri Abdulla Aripov ölkə müstəqilliyinin 30 illiyinə hazırlıqla bağlı bu il avqustun 1-dən tam olaraq latın əlifbasına keçməklə bağlı göstəriş verib.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət orqanları iyul ayının sonunadək şəhər, küçə, məhəllə, kənd, nazirlik, komitə, digər idarə və təşkilat adlarının, rəsmi sənəd və yazışmaların, müxtəlif blankların, kargüzarlıq sənədlərinin, kitab və qəzetlərin, reklam və elanların latın əlifbasında yazılışını və çapını təmin etməlidirlər.

Xatırladaq ki, bu il fevralın 10-da Özbəkistan Nazirlər Kabinetinin qəbul etdiyi sənədə görə ölkə tam olaraq latın əlifbasına 2022-ci ilin sonunadək keçməli idi.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11192.html