30 İyun, 2021
Almaniya hərbi kontingenti Əfqanıstanı təmamən tərk etdi

Almaniya son əsgərinin Əfqanıstanı tərk etdiyini bildirib.

Ahlibeyt.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Almaniyanın bütün hərbi qüvvələri artıq Əfqanıstanı tərk edib və bu ölkə Əfqanıstandakı missiyasına son qoyub.

Qeyd edək ki, əldə edilən razılaşmaya görə ABŞ qüvvələri bu ilin sentyabr ayına qədər Əfqanıstandakı bütün qüvvələrini bu ölkədən çıxaracaq.

Bu qüvvələrin çıxması ilə yanaşı ölkənin əksər əyalətlərində Talibanın hücumları artıb və son ay ərzində hərəkat ölkədəki bir çox vilayət və hərbi hissələrə nazarəti ələ keçirib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11188.html