17 May, 2012
Hakerlər “Eurovision-2012” müsabiqəsinin rəsmi saytlarını dağıdıblar

Özünü “Azadlıq fədailəri” adlandıran haker qruplaşması “eurovision.az”, “ann.az” və “eurovisionaz.com” saytlarına hücum həyata keçirib.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında gerçəkləşən hücum nəticəsində saytların fəaliyyətində problemlər yaranıb. Ann.az saytının ana səhifəsinə haker qrupunun tələbləri və qətlə yetirilən yazıçı Rafiq Tağının fotosu yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına əsasən, saytda aşağıdakı informasiya yerləşdirilib:

“Əliyev rejiminin Azərbaycan fədailəri müqavimət dəstəsinin “Evrovision” müraciətindəki ultimatumuna biganə yanaşmasına cavab olaraq, Cyber Döyüşçüləri Azərbaycan Fədailəri Müqavimət Dəstəsinə dəstək verərkən bu veb-saytı sıradan çıxardı. AMDFin tələbi “Evrovision” və gey paradı ləğv etdirmək, əks təqdirdə Əliyev rejiminin qurtaracağı yoxdur”.

Qeyd edək ki, “eurovision.az”, “ann.az” və “eurovisionaz.com” “Eurovision-2012” müsabiqəsinin rəsmi saytlarıdır.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1118.html