11 İyun, 2021
Məkkədə “Əfqanıstanda Sülh Elanı” adlı beynəlxalq İslam konfransı keçirilir

“Müsəlman Dünyası Liqası” təşkilatının təşkilatçılığı ilə Məkkədə “Əfqanıstanda Sülh Elanı” beynəlxalq konfransı keçirilir.

Ahlibeyt.az-ın məlumatına görə, SalamNews əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, “Əfqanıstanda Sülh Elanı” beynəlxalq konfransına Əfqanıstanın və Pakistanın onlarla müsəlman alimi qatılıb.

Konfransdan məqsəd Əfqanıstdan qarşıdurma halında olan tərəfləri təmsil edən alimləri bir araya gətirmək və sülh imkanlarını müzakirə etməkdir.

Qeyd edək ki, ilk dəfədir ki, Səudiyyə Ərəbistanı Əfqanıstan və Pakistan din alimlərini sülhün bərpa edilməsi məqsədilə Məkkədə bir araya gətirir.

Son illərdə daha çox Qətər Əfqanıstan hökumətilə Talibanın danışıqlarına ev sahibliyi edib.

Hazırda Qətərdə hökumətin və Taliban nümayəndə heyətlərinin danışıqları davam edir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11171.html