16 May, 2012
Qırğızıstanda Orta Asiyanın ən böyük məscidi inşa ediləcək

Maksimalizm xəstəliyinə tutulmuş Orta Asiya dövlətləri bu dəfə “ən böyük” yarışmasına məscidi cəlb ediblər. Beləki, Qırğızıstan paytaxtı Bişkekdə regionun ən iri məscidi tikiləcək. Türkiyə ilə İordaniyanın maliyyə hesabına inşa etdirilən məscidin tutumu 20 min nəfərlik olacaq. Məscid öz üslubuna görə, Osmanlı stilində olacaq və İstanbuldakı Sultan Əhməd camiəsini xatırladacaq. 10 milyonluq layihənin 8 milyonunu Türkiyə, 2 milyonunu isə iordaniya ayırıb. Bu barədə “АКИpress” xəbər verir.

Hazırda Bişkekdə 35 məscid fəaliyyət göstərir ki, burada 20-25 min insan ibadət edir. Ümumilikdə ölkə ərazisində 2000-ə yaxın məscid var.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1116.html