16 May, 2012
Boşnak soyqırımı üzrə məhkəmə başlayıb

Mayın 16-sı Haaqada Serb Respublikasının sabiq baş komandanı Ratko Mladiçin işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə AFP məlumat yayıb. Məhkəmə iclasını açan prokuror Dermot Qroome bildirib ki, Mladiçin məqsədi boşnaklara qarşı etnik təmizləmə siyasəti aparmaq olub. Generala qarşı 11 ittiham irəli sürülüb. O, müsəlman və xorvatların soyqırımında, hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə ittiham olunur.

 

O, Serebrenitsa şəhərində 8 min müsəlman boşnakların qətliamının baş qəhramanı sayılır. Bundan əlavə o, Sarayevo şəhərini 44 ay ərzində mühasirədə saxlamış, 10 min nəfər dinc sakini qətlə yetirmişdir. Mladiş özünü günahkar saymır və bildirir ki, onun məqsədi Bosniya serblərinin müdafiəsi olub.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1115.html