27 May, 2021
Dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə aydınlıq gətirilib

Dini ibadət yerlərində eyni vaxtda 50 nəfərdən çox vətəndaşın ibadət etməsi qadağandır.

Ahlibeyt.az-ın xəbərinə görə, bununla bağlı məlumat Baş nazir Əli Əsədovun imzaladığı Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə qərarda öz əksini tapıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarında bildirilir ki, 2021-ci il iyunun 10-u saat 00:00-dan etibarən dini ibadət yerləri açılır.

Bununla belə, dini ibadət yerlərində eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən çox olmamaqla (ümumi olaraq 50 nəfərədək) fəaliyyətinə icazə verilir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11144.html