26 May, 2021
UNESCO-da 1970-ci il Konvensiyasının üzv dövlətlərinin 6-cı toplantısı keçirilir

UNESCO-da 1970-ci il Konvensiyasına üzv dövlətlərin 6-cı iclası keçirilir.

Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəsinin də çıxışı gözlənilir.

Qeyd edək ki, mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və tranzitinin qarşısının alınması və qadağan edilməsi tədbirlərinə dair 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısı konvensiyanın suveren orqanı hesab olunur. Üzv dövlətlərin toplantısının mandatı Konvensiyanın həyata keçirilməsinə strateji rəhbərlik və onun məqsədlərinin təbliği üçün zəruri hesab olunan tədbirləri reallaşdırmaqdır. Üzv dövlətlərin iclasının qaydaları bu dövlətlərin 2012-ci ilin iyununda keçirilmiş 2-ci iclasında qəbul edilib.

Mayın 27 və 28-də UNESCO-nun mənzil qərargahında 1970-ci il Konvensiyasına üzv dövlətlərin toplantısının köməkçi Komitəsinin 9-cu sessiyası keçiriləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11143.html