16 May, 2012
İranla Oman birgə hərbi təlim keçirəcək

“Fars” xəbər agentliyinin məlumatına əsasən, İranla Oman arasında hərbi əməkdaşlıq genişlənir. Müdavim və ali hərbi məktəb tələbələrinin mübadiləsi ilə yanaşı, iki ölkə birgə təlimlər də keçirirlər. 1013-cü ildə birgə təlimlər İranın Bəndər-Abbas limanında keçiriləcək.

Qeyd edək ki, Oman Fars Ölkələri Əməkdaşlıq Şurasının üzvüdür. Fars körfəzinin ərəb monarxiyalarını özündə birləşdirən bu təşkilatın bir sıra üzvləri, ələxüsus Səudiyyə Ərəbistanı və Bəhreyn birləşmək qərarına gəliblər. Oman da anoloji təklif alsa da, heç bir cavab verməyib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1114.html