
Bu il Nəcəfi-Əşrəf İslam Əməkdaşlığı Təşkilatı tərəfindən müsəlman aləminin mədəni paytaxtı elan edilmişdi. Lakin İraq parlamenti layihənin 8 il müddətinə təxirə salmağı xahiş edib. İƏT-dən isə xahişə cavab gəlməyib.
ABNA-nın rusdilli versiyasının məlumatına əsasən, Nəcəfin abadlaşdırılmasına ayrılan pul vəsaiti aidiyyati yerlərə xərclənməyib. Parlamentarilər bunda İraqın Mədəniyyət Nazirliyini və Nəcəf meriyasını günahkar bilirlər.