
Brüsseldə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.
Ahlibeyt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Oliver Varhelyi özünün tvitter hesabında bildirib.
Görüşdə Aİ-Azərbaycan arasında ikitərəfli münasibətlər, Aİ-nin Qarabağa yardımı, COVID-19-dan sonra iqtisadi bərpa və TAP boru kəmərinin potensialı müzakirə olunub.
Qeyd edək ki, Brüsseldə rəsmi səfərdə olan Hikmət Hacıyev may ayının 17-də NATO baş katibinin müavini Mirça Geoana ilə görüşüb. Tərəflər Azərbaycan – NATO əməkdaşlığının cari məsələlərini müzakirə ediblər.