
Bəhreyndə yerli ordu ilə Səudiyyə Ərəbistanının hərbi qüvvələrinin birlikdə keçirdiyi əməliyyatlar nəticəsində şiələrə məxasus məscid və hüseyniyyələrin sökülməsi davam edir. Bu barədə "Shia-online" xəbər verir.
Son məlumata əsasən, Həməd şəhərində Həzrət Əbu Talib məscidi sökülüb. Bu, Bəhreyndə üsyan başlamasından sonra sökülən 38-ci məsciddir.