
Türkiyə cəfərilərini bir qrupu başda Səlahəddin Öztürk olmaqla İraqa səfər edəcəklər. Onlar imamların (ə) pak və mütəhhər hərəmlərini ziyarət edəcək, Nəcəf hövzəsinin mərcəələri ilə görüşəcəklər. Sayı 3 milyona çatan Türkiyə cəfəri icmasının liderlərindən biri olan S. Öztürk İraq xalqı ilə dostluq əlaqələrinin inkişafına dəstək vermək istədiyini bildirib.