8 May, 2021
Gürcüstan Müdafiə Nazirliyi hərbçilərə Quran paylayıb - FOTO

Gürcüstan Müdafiə Nazirliyi (MN) müsəlman hərbçilərə kiçik ölçülü “Qurani-Kərim” paylayıb.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın yerli bürosunun xəbərinə əsasən, bu barədə Gürcüstan MN məlumat yayıb.

Bildirilib ki, nazirliyin təşəbbüsü ilə çap edilən kiçik ölçülü kitablar ərazi şərtlərinə uyğun olaraq kompakt və elastik hazırlanıb, hərbi kamuflyajla üzlənib.

Kitablar Senakidə yerləşən 2-ci Piyada Briqadasında hərbçilərə paylanılıb.

Mərasimdə Qərbi Gürcüstanın müftisi Adam Şantadze də iştirak edib. O, hərbçiləri qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

 

1

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11093.html