14 May, 2012
Bəşər Əsəd Müqtəda Sədri ordenlə təltif edib

Dampress.com saytının verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd "Sədr" hərəkatının lideri Seyyid Müqtəda Sədri "Respublika" ordeni ilə təltif edib.

Ordeni Seyyid Müqtəda Sədrə Nəcəfdə "Fatimeyi-Zəhra(s.ə) Beynəlxalq Konfransında" iştirak edən Suriyanın vəqflər nazirinin müavini Nəbil Süleyman təqdim edib. Nəbil Süleyman "Sədr" hərəkatının liderinə bu ordenin Suriyada baş verən son hadisələrdə ayıq münasibət sərgilədiyinə görə təqdim edildiyini açıqlayıb.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1109.html