29 Aprel, 2021
Polad Həşimovun ailəsinə «General Qasim Süleymani» ordeni təqdim olunub (FOTO)

Ayətullah Xameneinin Azərbaycan üzrə nümayəndəsi höccətül-islam Seyyid Ocaq Necat və bu ölkənin Bakıdakı səfiri Seyid Abbas Musəvi şəhid Polad Həşimovun ailəsini ziyarət edib və İranın tanınmış ordenlərindən birini şəhidin ailəsinə təqdim ediblər.

Ahlibeyt.az SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Seyyid Əli Xameneyinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Seyyid Ocaq Necat, İranın Azərbaycandakı səfiri və hərbi attaşesi ilə birlikdə Şəhid general Polad Həşimovun evində olublar.

Onlar şəhidin ailəsinə və övladlarına şəhid Qasim Süleymani adına Beynəlxalq Şəhidlik ordenini təqdim ediblər.

Qeyd edək ki, bu orden “isar və fədakarlıq” ordeni adlanır və general Qasim Süleymani ABŞ tərəfindən terrora məruz qaldıqdan sonra yaradılıb.

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11060.html