
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aprelin 29-da “Azərbaycanda İslam bankçılığının modelləri və onların istifadəsi” mövzusunda onlayn seminar keçiriləcək.
Ahlibeyt.az-ın xəbərinə görə, UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminar UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Meybullayev İslam İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.
Onlayn seminara UNEC-in saytında 29 aprel 2021-ci il tarixində saat 11.00-da keçiriləcək onlayn seminara ZOOM platforması üzərindən linki vasitəsilə qoşulmaq mümkündür.