26 Aprel, 2021
Bu gün Ermənistanın müharibə cinayətləri Türkiyə parlamentində müzakirə olunacaq

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun iştirakı ilə sabah Türkiyə parlamentində "İkinci Qarabağ müharibəsi və Ermənistanın Hərbi Cinayətlər Paneli", "Hərbi Cinayətlər Fotoşəkil Sərgisi" keçiriləcək.

Ahlibeyt.az-ın xəbərinə görə, APA-nın yerli bürosuna TBMM-dən verilən məlumata əsasən, tədbirdə 1915-ci il hadisələri ilə bağlı Türkiyəyə qarşı haqsız ittihamlar və iddialar, "İkinci Qarabağ müharibəsindəki müharibə cinayətləri", insan hüquqlarının pozulması siyasi, hüquqi, elmi, akademik baxımdan dünyaya çatdırılması üçün ictimailəşdiriləcək.

Qeyd edək ki, Türkiyə vaxtı ilə saat 14:00-da təşkil ediləcək proqram TBMM İnsan Haqları Araşdırma Komissiyası tərəfindən hazırlanıb.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11044.html