25 Aprel, 2021
Niderlandda minalanmış Azərbaycan ərazilərilə bağlı bilbordlar yerləşdirilib

Niderland Krallığında fəaliyyət göstərən Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının Niderland üzrə əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə 24 aprel tarixində Krallığın Berneveld şəhərində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalanmış torpaqlarımızla bağlı xəritənin Ermənistan tərəfindən hələ də verilməməsinə etiraz əlaməti olaraq bilbord yerləşdirilib.

Ahlibeyt.az-ın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi  məlumat yayıb.

Bilbordlarda “Minalanmış torpaqlarımızın xəritəsini istəyirik”, “İnsan ölümlərinə son qoyulsun”, “Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir”, “Ermənistan, müharibə cinayətlərini dayandır”, “Uşaqlar mina qurbanı olmasın” kimi şüarlar yerləşdirilib.

1

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11041.html