12 May, 2012
Ayətullah Cavadi Amulinin "Məfatihul-Həyat" kitabının bütün nüsxələri satılıb

Mərcei-təqlid, Quran müfəssiri və böyük əxlaq ustadı Ayətullah Cavadi Amulinin Tehranda keçirilən Beynəlxalq kitab sərgisində satışa çıxarılan "Məfatihul-Həyat" kitabının bütün nüsxələri 5 gün ərzində satılıb qurtarıb.

Kitab haqqında sərgidə məlumat verən Ayətullah Cavadi Amulinin əsərlərini nəşr edən müəssisənin nümayəndəsi Hüccətül-İslam Mehdi Təqizadə bildirib ki, Ayətullah Cavadi Amuli həmişə mərhum Şeyx Abbas Quminin namaz, oruc və ziyarətlərdən bəhs edən "Məfatihul-Cinan" kitabı kimi əlimizdə yaşayış ədəblərindən bəhs edən bir kitabının olmamasından təəssüf etmişdir. Elə bu səbəbdən o belə bir kitabı nəşr etdirməyi qərara almışdır.

Bildirlir ki, artıq "İkinci Məfatihul-Cinan" adlandırılan "Məfatihul-Həyat" kitabı 4 hissədən ibarətdir. İnsanın yaşayışın demək olar ki, bütün sahələrindən bəhs edən kitab dörd hisədən ibarətdir. Birinci hissədə insanın özü ilə, ikinci hissədə digər insanlarla, üçüncü və dördüncü hissədə isə təbiət və heyvanlarla olan münasibətlərindən söhbət açılır. Əsərdə mövzularla bağlı yalnız mötəbər hədislərdən istifadə olunduğu bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-1102.html