
Dubay polisinin rəisi Zahi Xəlfanın Ayətullahul-Üzma Seyyid Əli Sistanini İraqda məzhəb qarşıdurmasında günahlandırmasına və təhqir etməsinə KBK sərt etiraz edib.
İraq Kürd Blokları Koalisiyası(KBK) əl-Xəlfanın təhqirinə etiraz edərək ondan rəsmən üzr istəməyi tələb edib. Koalisiyanın nümayəndəsi Möhsin əs-Sədun bildirilib ki, əl-Xəlfanın sözləri yalandan başqa bir şey deyildir. Ayətullah Sistani heç vaxt siyasi məsələlərə müdaxilə etməyib. Bundan başqa Ayətullah Sistani yalnız bir məzhəbə deyil, bütün iraqlılara məxsusdur.