12 Aprel, 2021
“Sağlam təhsil – sağlam millət” layihəsi üzrə qrant müsabiqəyə qəbul davam edir

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinə layihələrin qəbulu prosesi davam edir.

Ahlibeyt.az-ın Təhsil nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, müsabiqədə iştirak üçün müraciət sənədləri 20 aprel 2021-ci il saat 18:00-dək elektron formada saglamtehsil@edu.gov.az ünvanına göndərilməlidir.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Tıhsil nazirliyinin saytında yerləşdirilimiş elan vasitəsilə tanış ola bilərsiniz.

Qeyd edək ki, sözügedən layihə ümumi və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilir.


 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-11004.html